Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici tədbir keçirilib

27 fevral 2024 | 14:46

Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Növbəti Stansiya Gənclik” layihəsi çərçivəsində maarifləndirici təlim tədbiri keçirilib.

Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığın təmin olunması, gənclərin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, gələcək karyera seçimlərinin və məqsədlərinin müəyyən olunması, təşəbbüslərin artmasına töhfə vermək olub.

Gənclərlə görüş zamanı müxtəlif komanda oyunları və qrup işləri təşkil olunub.

Keçidlər