Maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmin, zərərli vərdişlərin mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, DQİDK-nın Gəncə bölgəsinin, Gəncə-Daşkəsən Regionla Gənclər və idman idarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun əməkdaşı, müəllimlər, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, narkomanlığın yayılmasına qarşı mübarizədən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu ziyandan geniş bəhs ediblər. Qabaqlayıcı əməli-profilaktik tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini vurğulayaraq ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırıblar. Bəşəriyyət üçün təhlükəli bəla olan narkomaniyanın, dini radikalizmin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, törətdiyi fəsadlardan geniş bəhs olunub. Gənclərə zərərli vərdişlərdən, dini radikalizmidən uzaq olmaq tövsiyə edilib.
Mövzu ətrafında müzakirələr aparılıb, mövzuya dair video çarxlar nümayiş olunub, maarifləndirici kitablar, bukletlər paylanılıb.