Maarifləndirici görüş keçirilib
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci bəndinin icrasını təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində fəaliyyət göstərən fermerlərin müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə ŞİH-nin və Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və ərazidə fəaliyyət göstərən fermerlər iştirak edib.
Görüş zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat proseduru, subsidiya ilə bağlı məlumatların daxil edilmə ardıcıllığı, müraciəti dolduran zaman qarşılaşdıqları çətinliklərə dair suallar cavablandırılıb, fermerlərin bu sahədən düzgün və vaxtında yararlanmaları üçün müvafiq köməklik göstərilmişdir.















