“Liv Bona Dea” Hospitalının nümayəndələri Naftalanda
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Liv Bona Dea” Hospitalının baş direktoru Taner Özbeki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Məmmədlini qəbul edib.
ŞİH başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Naftalanın Beynəlxalq Turizm Mərkəzinə çevrilməsini xüsusi vurğulayaraq, qonaqlara şəhərin turizm potensialını, buraya gələn yerli və xarici turistlərin sayının ildən ilə artmasını, Naftalanın bir brend olaraq dünyada tanınması üçün görülən işləri qeyd edib.
Qonaqlar şəhərdə ilk dəfə olduqlarından məmnunluqlarını ifadə edib, “Liv Bona Dea” Hospitalının tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biri olduğunu bildiriblər.
Həmçinin, qeyd ediblər ki, xəstəxana ölkəmizdə və regionda Joint Commission International (JCI) tərəfindən 100% nəticə ilə sertifikat almış ilk tibb müəssisəsidir.
Ölkəmizin müalicəvi turizmin mərkəzi olan Naftalanın sağlamlıq mərkəzləri ilə “Liv Bona Dea” Hospitalının qarşılıqlı əməkdaşlığı ətrafında söhbət aparılıb.