“Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis Şöbəsinin əməkdaşları, ŞİH yanında fəaliyyət göstərən ictimai şuranın sədri, şəhər Bələdiyyəsinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, ziyalılar iştirak edib.
Dünyanın aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyi bildirilib. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi diqqətə çatdırılıb. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə dair ətraflı məlumat verilib
Tədbirdə video material nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb.