Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

23 sentyabr 2023 | 11:32

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər və kənd Bələdiyyələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə dair ətraflı məlumat verilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın  6.2-ci bəndinin icrasının təmin ediləsi məqsədi ilə keçirilib.

Keçidlər