"Korrupsiyaya qarşı mübarizə" mövzusunda növbəti tədbir keçirilib
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına əsasən Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, təhsil, tibb sahəsində çalışan məsul əməkdaşlar iştirak edib.
Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların dövlətin imici və beynəlxalq nüfuzu üçün ciddi təhlükə yaratdığını vurğulamış, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd etmişlər.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.















