Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiya ümumxalq mübarizə işidir” mövzusunda tədbir keçirilib

18 dekabr 2025 | 14:23

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Naftalan Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası məqsədi ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Korrupsiya ümumxalq mübarizə işidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, uşaq musiqi məktəbinin əməkdaşları, Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə korrupisiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar aparıldığı, bu gündə bu istiqamətdə işlərin davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu prosesdə vətəndaşların iştirakı xüsusi əhəmiyyət daşıyır.

İştirakçılara mövcud hüquqi mexanizmilər və məlumatlandırma imkanları barədə məlumat verilib. Bildirilib ki, korrupsiyaya qarşı effektiv mübarizə dövlət qurumları ilə yanaşı, bütün cəmiyyətin birgə səylərini tələb edir.

Tədbirdə Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, müzakirələr aparılmışdır.

Keçidlər