“Konstitusiya və Suverenlik İli” çərçivəsində sosial layihə həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı Tarixi Zəfər xalqımızın tarixində parlaq səhifə, milli qürur və iftixar mənbəyinə çevrilmişdir. Bu qüruru bizə yaşadan şəhidlərin ailələrinə dövlət və cəmiyyət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.
Naftalan və Yevlax Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində sosial layihə həyata keçirilib. Layihə çərçivəsində Yevlax rayonundan bir qrup şəhid ailəsi Naftalan şəhərində yerləşən “Sun City Naftalan” Müalicə və sağlamlıq Mərkəzinə yerləşdiriliblər.
Şəhid ailələri Naftalan ŞİHB-nın müavini və məsul əməkdaşları, Yevlax ŞİH-nin məsul əməkdaşı, Mərkəzin rəhbəri tərəfindən qarşılanıb, onlara müalicə prosedurları barədə ətraflı məlumat verilib.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısından, onların müalicəsi üçün dövlət qurumları tərəfindən keçirilən birgə uğurlu layihənin əhəmiyyətindən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Abşeron, Nizami, Yevlax və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan sosial layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müalicə alıb, istirahət ediblər.