Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilib

06 may 2025 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev irsi: tarixi xidmətlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər, suverenliyi və tarixi zəfəri özündə əks etdirən foto şəkillərdən ibarət sərgi ilə tanış olublar.

Məktəblilərin hazırladıqları kompozisiya ilə tədbir davam etdirilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə atılan mühüm addımlar və həyata keçirilən islahatlar Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi və siyasi qüdrətinin artmasına, həmçinin beynəlxalq arenada layiqli yer tutmasına şərait yaratdığını qeyd ediblər.

Müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunə olduğu vurğulanıb.

Keçidlər