“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev parkında keçirilən aksiyada İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov, digər məsul əməkdaşlar iştirak edib.
Həmçinin şəhər ərazisində mövsümi yaşıllaşdırma işləri aparılıb, mövcud və yeni əkilən yaşıllıq zonalarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizin yaşıllaşdırma ənənələrini və əhali arasında təbiətə olan qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılmasından ibarətdir.
Naftalan şəhərinin estetik görünüşünə və ekoloji tarazlığına müsbət təsir göstərən yaşıllıq aksiyası yaz mövsümünün sonuna qədər davam edəcəkdir.