Şriftin ölçüsü :

Saytın rəngi :

KOBİA nümayəndə heyəti Naftalanda səfərdə olmuşdur

13 dekabr 2022 | 14:14

Naftalan şəhərində ŞİH-nin başçısı Vüqar Novruzov ilə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-özəl tərəfdaşlığı formatında perspektiv investisiya layihələri barədə təkliflərin təqdim edilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. KOBİA adından görüşdə DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin direktor müavini Hamlet İsmayılov iştirak edib.

İşgüzar görüşün gündəliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Naftalan Şəhər İcra Hakimiyyəti arasında səmərəli investisiya layihələrinin müəyyən edilməsi və reallaşdırılması təşkil etmişdir.

Şəhər rəhbəri şəhərin turizm potensialı, beynəlxalq turizm mərkəzi olan Naftalanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində sahibkarlara yaradılan şərait barədə ətraflı məlumat vermişdir. Həmçinin, gələcəkdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən birini əhatə edən turizm sahəsi üzrə uyğun layihələrin həyata keçirilməsini xüsusi vurğulayıb, yerli icra hakimiyyəti tərəfindən Naftalan şəhərində turizm (otel, ticarət, əyləncə mərkəzləri) nəqliyyat-logistika  sektorları üzrə layihələrə dair təkliflər irəli sürmüşdür.

Öz növbəsində Mərkəzin direktoru qeyd etmişdir ki, təqdim ediləcək perspektiv investisiya layihələri onların investisiya cəlbediciliyi, habelə kiçik və orta biznes subyektlərinin müvafiq layihələrin implementasiyasında iştirakı prizmasından qiymətləndirərək, həmin layihələr maliyyə-mənfəət göstəriciləri üzrə qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək müsabiqəyə çıxarılacaqdır.

Keçidlər