İşəgötürənlərlə növbəti görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi PHŞ-in təşkilatçılığı ilə işəgötürənlərlə növbəti görüş keçirilib.
Görüşdə Naftalan ŞİH-nin müavini Kəmalə Hüseynova, Dövlət Məşğulluq Agentliyi PHŞ-in idarə heyətinin sədr müavini Hasil Abbasov, Gəncə-Daşkəsən RMF, işəgötürənlər və digər struktur bölmələrin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər, agentliyin fəaliyyəti, icra olunan aktiv məşğulluq proqramları və digər dəstək tədbirləri barədə məlumat veriblər. Məşğulluq tədbirlərinin həyata keçirilməsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, işə qəbul prosesinə dəstək, peşə hazırlığı kurslarının təşkili və birgə maliyyələşmə proqramlarının icrası kimi istiqamətləri xüsusi qeyd olunub.
Daha sonra Naftalanda işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işəgötürənlərə dəstək göstərilməsi məqsədilə xarici dil biliklərinin inkişafı və universitetlərin sonuncu kurs tələbələri üçün layihələrin hazırlanması barədə məlumat verilib. Görüşün sonunda işəgötürənlərin təklifləri dinlənilib, sualları cavablandırılıb.















