Şriftin ölçüsü :

Saytın rəngi :

İsa Məmmədov məhəlləsində səyyar qəbul keçirildi

17 fevral 2023 | 12:04

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin İsa Məmmədov məhəlləsinin sakinləri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, şikayət və təkliflərini dinləyib.

Görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Şəhər Polis Şöbəsinin rəisi, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Vətəndaş müraciətləri arasında bir sıra küçələrin işıqlandırılması, asfalt örtüyünün üzərində süni maneələrin quraşdırılması kimi məsələlər üstünlük təşkil edib.

Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb.

Keçidlər