İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naftalan şəhərində Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və digər məsələlərlə bağlı olub.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.