Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

16 iyun 2026 | 16:25

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH baçısının müavini Kəmalə Hüseynova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, idarə, müəssisə, təşkilat rəhbərləri və məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Qəbul edilən qanun və qərarlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.

Digər natiqlərin çıxışlarında Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər, bu sahədə fəaliyyət göstərən təsisatların rolu, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində qəbul edilmiş öhdəliklər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Keçidlər