Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

11 iyun 2024 | 14:25

Naftalanda Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılıqları ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının təminatı dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, hüquq mühafizə orqanlarının, DQİDK-nın Gəncə bölgəsinin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı Müraciəti iştirakçıların diqqətinə çatdırılıb.

Təbirdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı mütərəqqi islahatlardan söhbət açılıb, respublikamızda insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsi istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hər cür şərait yaradıldığı, dövlətimizin bu istiqamətdə beynəlxalq nüfuzunun artdığı vurğulanıb. Bu gün respublikamızın dünyada müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir ölkə kimi tanındığı qeyd edilib. Bildirilib ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin ali məqsədlərindən biridir.

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edən ŞİH-nin əməkdaşı Aynurə Novruzova respublikamızda dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, bu sahədə qəbul edilmiş normativ hüquqi aktlardan, dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan söhbət açıb.

Keçidlər