Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

16 iyun 2023 | 10:56

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı iləİnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, DQİDK-nın Gəncə bölgəsinin əməkdaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı Müraciəti oxunub.    

“Bərabərlik hüququ və ayrıseçkiliklə mübarizə” mövzusunda çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı mütərəqqi islahatlardan söhbət açıb, bərabərlik hüququnun insan hüquqları sahəsində ən vacib amillərdən biri olduğunu qeyd edib.

“Dövlət qulluqçularının etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət” mövzusunda çıxış edən ŞİH-nin hüquqşünası Şahmar Ədilov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan, bu sahədə qəbul edilmiş normativ hüquqi aktlardan söhbət açıb. Bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.

Digər çıxış edənlər möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsi istiqamətində hər cür şərait yaradıldığını, dövlətimizin bu istiqamətdə beynəlxalq nüfuzunun artdığını vurğulayıblar.

Keçidlər