Şriftin ölçüsü :

Saytın rəngi :

İki şəhid anası ziyarət edilib

01 dekabr 2023 | 14:43

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Mehman və Vaqif Bayramov qardaşlarının valideynlərini ziyarət edib.

Görüş zamanı icra başçısı ailənin qayğıları, şəhid atasının səhhəti ilə maraqlanıb. Səmimi söhbət zamanı iki Şəhid anası Zeynab Bayramova Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müqəddəs Azərbaycan bayrağını Xankəndində dalğalandırdığından qürurla söhbət açaraq, yaxın gələcəkdə tarixi dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycan torpaqlarında da Zəfər sevincini yaşayacağımıza əmin olduğunu qeyd edib.

Bu kimi görüşlərin, ziyarətlərin təşkil edilməsinin bütün şəhid ailələri kimi onun ailəsinə də ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğının yerlərdə əyani təzahürü olduğunu vurğulayaraq, ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib.

İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə Naftalana ezam olunmuş AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova da iştirak edib.

Keçidlər