İki İcra Hakimiyyətinin birgə sosial layihəsi davam edir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı Tarixi Zəfər xalqımızın tarixində parlaq səhifə, milli qürur və iftixar mənbəyinə çevrilmişdir. Bu qüruru bizə yaşadan şəhidlərimizin ailələrinə və qazilərə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.
Naftalan şəhər və Tərtər rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti sosial layihə həyata keçirilib. Layihə çərçivəsində Tərtər rayonundan bir qrup şəhid ailəsi və qazilər Naftalan şəhərində yerləşən “Kəpəz” Müalicə və Sağlamlıq Mərkəzinə yerləşdiriliblər.
Şəhid ailələri və qazilər İcra Hakimiyyətlərinin məsul əməkdaşları və Mərkəzin rəhbəri tərəfindən qarşılanıb, onlara müalicə prosedurları barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sonra müalicə prosesinə başlayacaqları bildirilib.















