Şriftin ölçüsü :

Saytın rəngi :

“İdmanla məşğul ol, sağlam yaşa" devizi altında idman tədbirləri keçirilib

04 mart 2024 | 14:37

Naftalan ŞİH-nin, Gəncə-Daşkəsən RGİİ-nin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun  birdə təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və idman Günü münasibəti ilə “İdmanla məşğul ol, sağlam yaşa” devizi altında idman tədbirləri keçirilib.

Təbirdə ŞİH-nin məsul əməkdaşları, Gəncə-Daşkəsən RGİİ-nin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun, Uşaq-Gənclər İdman məktəbinin kollektivi, yeniyetmə və gənclər iştirak ediblər.

 Çıxış edənlər Möhtərəm  Prezidentimiz cənab  İlham Əliyev  tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışaraq qeyd ediblər ki, digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Dövlət tərəfindən idmanın kütləviliyinin təmin edilməsi ölkədə sağlam nəsil formalaşdırılmasının əsasını qoyur.

Tədbir Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbinin yetirmələrinin nümunəvi çıxışları ilə davam etdirilib.

Keçidlər