"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib
29 iyul 2022 | 12:37
Naftalan Şəhər İcra Hakimiyyətinindəstəyi, Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 illiyi münasibətilə "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd kütlə arasında kikboksinq idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədilə şəhərin Qələbə parkında "Kikboksinq hamı üçün" əyləncəli idman tədbiri keçirilmişdir.