Şriftin ölçüsü :

Saytın rəngi :

İctimaiyyət nümayəndələri Qurbanovlar ailəsini ziyarət ediblər

26 sentyabr 2025 | 16:00

Beş il öncə, 27 sentyabr 2020-ci il tarixində – Vətən Müharibəsinin ilk günü Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun yaşadığı ev erməni silahlı birləşmələri tərəfindən atəşə tutulmuş və tamamilə dağıdılmışdır. Bu qanlı terror aktı nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvü faciəvi şəkildə həlak olmuşdur.

27 Sentyabr – Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ŞİH-nin məsul əməkdaşları, müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri Qurbanovlar ailəsini ziyarət ediblər.

Vətən Müharibəsindən dərhal sonra ölkə başçısının tapşırığı əsasında yenidən inşa edilərək Qurbanovlar ailəsinin istifadəsinə verilmiş fərdi yaşayış evində yaradılmış xatirə otağı ilə tanış olaraq, şəhidlərə aid fotoşəkillərə və şəxsi əşyalara baxış keçirmiş, xatirə guşəsinə tər qərənfillər düzmüş, şəhidlərin ruhuna dərin ehtiramlarını bildirmişlər.

Keçidlər