Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuraya növbəti seçki keçirilib

03 iyul 2024 | 14:28

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2014-cü il 30 may tarixli, 171 nömrəli qərarı ilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü bəndini əsas tutaraq, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 17 may 2023-cü il tarixli 25 nömrəli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraya növbəti seçkinin təşkili məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən 21.05.2024-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlərin namizədliyinin qeydiyyata alınması haqqında elan yerləşdirilib. İctimai şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 7 nümayəndəsi namizəd kimi qeydiyyata alınmışdır.

 Keçirilən seçkidə vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 9 təmsilçinin hər biri iştirak edib. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə birgə yığıncağın keçirildiyi otaqda, hamının sərbəst müşahidə edə biləcəyi yerdə seçki qutusu qoyulub, səsvermə kabinaları quraşdırılıb.

Səsvermə prossesi başa çatdıqdan sonra birgə yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının üzvləri tərəfindən seçki qutusu açılıb və seçki bülletenləri sayılıb. Seçkinin yekunu olaraq protokol tərtib olunmuş, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Naftalan Şəhər İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilib.   

Keçidlər