Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın növbəti iclası keçirilib

10 oktyabr 2024 | 14:11

Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib.

Çıxış edən İctimai Şuranın sədri Möhübbət Bədəlov dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb. Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətindən bəhs edib. Ötən iclasda qaldırılan məsələlərin müsbət həlli ilə bağlı məlumat verib, gündəlikdə duran məsələləri səsləndirib, müzakirələr aparılıb.

Digər çıxış edənlər Cümə Məscidində, eləcə də şəhərdə aparılan abadlıq-quruculuq, təmizlik, sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlərin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.

 

Keçidlər