Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın hesabat yığıncağı keçirilib

30 may 2024 | 14:29

Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabat yığıncağı keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşı, İctimai Şuranın sədri və üzvləri, iştirak ediblər.

Tədbiri giriş sözü ilə İctimai Şuranın sədri Möhübbət Bədəlov açaraq, dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.

İctimai Şuranın sədr müavini Vətən Müharibəsi Şəhidi Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova hesabat məruzəsi ilə çıxış edib. Şuranın Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətindən, görülən işlərdən və təşkil edilən görüşlər barədə məlumat verib. Şəhər rəhbərliyi yanında qaldırılan məsələlərin qısa müddət ərzində həllinin tapmasının əhali arasında müsbət qiymətləndirildiyini qeyd edib.

Digər çıxış edənlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə İctimai Şuranın sədri Möhübbət Bədəlovun ali mükafat olan “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilməsi münasibəti ilə bir daha təbrik ediblər. Dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayaraq şəhərdə aparılan abadlıq-quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlərin əhəmiyyətini qeyd edərək ölkə Prezidentinə Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Müzakirələrdən sonra İctimai Şuranın 2023-cü ilə dair hesabatı qənaətbəxş hesab edilib.

Keçidlər