İcra Hakimiyyətinin əməkdaşına medal təqdim edilib
08 oktyabr 2025 | 16:45
Ölkə başçısının 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Naftalan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi-hüquqşünas Ədilov Şahmar Nazim oğluna təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və vəsiqəsi təqdim edilib.
Kollektiv əməkdaşı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ş.Ədilov ona verilən yüksək təltifə və etimada görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.















