Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb

27 noyabr 2023 | 15:43

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaş – məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıqları Naftalan ŞİH-nin başçısı tərəfindən daim diqqətdə saxlanılır.

Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birgə şəhər sakini Aygün Əliyevanın müraciəti ilə əlaqədar yaşadığı çoxmənzilli yaşayış binasının qarşısında məsələyə yerində baxış keçirmişdir.

İcra başçısı vətəndaş tərəfindən qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.

Şəhər sakini Aygün xanım müraciətinə operativ və həssaslıqla yanaşılmasından razılığını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Keçidlər