Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili tibb işçilərini təbrik edib

16 iyun 2023 | 16:14

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Naftalan şəhər Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş keçirilib.

Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, Mərkəzi xəstəxananın direktoru Samir Allahverdiyev, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tibb işçiləri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tibb işçilərini, peşə bayramı münasibəti ilə təbrik edən icra başçısı və millət vəkili qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. 

Digər çıxış edənlər milli səhiyyə sistemimizin sürətli inkişafından danışaraq tibb işçilərinin 44 günlük Vətən müharibəsində və pandemiya dövründəki fədakarlıqlarına bir daha nəzər salıblar.

Tədbirin sonunda bir qrup tibb işçisi Fəxri Fərmanlarla təltif olunublar.

Keçidlər