Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili sakinlər ilə görüşdülər

24 dekabr 2022 | 13:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Naftalan şəhərində sakinlərlə növbəti səyyar qəbul keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədovla birgə vətəndaşlarla görüşüblər. Görüşdə şəhər icra hakimiyyətinin əməkdaşları, Naftalan bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

İcra başçısı ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa müddət ərzində həllini tapdığını, vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə Rəqəmsal icra hakimiyyəti portalı yaradıldığını qeyd etmiş, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır. Həmçinin şəhərdə aparılan işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilmişdir.

Görüş zamanı səsləndirilmiş müraciətlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, bəzi məsələlər yerində müsbət həllini tapmışdır.

Keçidlər