Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili idmançılarla görüşüb

20 dekabr 2022 | 14:34

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-nin idmançıları ilə görüşüblər.

Görüşdə ŞİH-nin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın maddi-texniki bazasının dünya standartları səviyyəsinə qaldırdığını və nəticədə bu sahədə çox böyük uğurların əldə olunduğunu bildirib, idmançılara uğurlar arzulayıb.

Millət vəkili qeyd edib ki, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın yarışlarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Həmçinin,  bu sahədə həyata keçirilən tədbirlər, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlər Naftalanda da uğurla inkişaf etdirilir.

İdmançılar və məşqçi müəllimlər idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Millət vəkili tərəfindən məktəbə tennis stolu hədiyyə olunub.

Keçidlər