İcra başçısı Ulu Öndərin abidəsini ziyarət edib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Ulu Öndərin adını daşıyan parkda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, üzərinə gül dəstələri düzüb, uca xatirəsini böyük ehtiramla yad edib.
Heydər Əliyev Mərkəzində olan icra başçısı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto stendlərə baxış keçirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsi və ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaq.
Həmçinin vurğulayıb ki, şəhərə gələn yerli və xarici turistlərin Heydər Əliyev Mərkəzinə ziyarəti bir daha Ulu Öndərin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğunun sübutudur.















