İcra başçısı turistlərlə – “Sehrli Naftalan”da
Naftalan ölkəmiz üçün həm regional turizmin, həm də sağlamlıq turizminin inkişafı baxımından vacib kurort şəhəridir. Son illərdə Naftalanda həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılır.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları şəhərdə fəaliyyət göstərən “Sehrli Naftalan” müalicə və istirahət mərkəzində olublar. Burada turistlərə göstərilən xidmətlərlə tanış olub, turizm müəssisəsində yeni quraşdırılan idman qurğularına baxış keçirilib.
Turistlərlə görüşən şəhər rəhbəri onları maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, hotel və müalicə mərkəzlərində davamlı olaraq belə görüşlər keçiriləcəkdir, görüşlərin keçirilməsi turist məmnunluğunun artırılmasına xidmət edir.