Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı turistlərlə - “Naftalan Müalicə Sağlamlıq Mərkəzi”ndə

30 avqust 2023 | 14:47

Naftalan eyniadlı müalicəvi neft əsasında formalaşmış sağlamlıq-turizm məkanıdır. Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Naftalan şəhərinin də timsalında görmək mümkündür. 

Şəhər rəhbəri, polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”ndə olublar. Burada turistlər üçün yaradılan infrastrukturla və onlara göstərilən xidmətlərlə yaxından tanış olunub, turistləri maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki, Naftalan şəhərində fəaliyyət göstərən turizm müəssisələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə davamlı olaraq belə görüşlər keçiriləcəkdir, görüşlərin keçirilməsi turist məmnunluğunun artırılmasına xidmət edir.

Keçidlər