İcra başçısı turistlərlə – “Gözəl Naftalan”da
Son illərdə Beynəlxalq Turizm Mərkəzi Naftalana gələn yerli və xarici turistlərin sayı ildən ilə artır.
İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi və İcra Hakimiyyətinin məsul əməkdaşları şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan" müalicə və istirahət mərkəzində olublar. Burada turistlərə göstərilən xidmətlərlə yaxından tanış olublar, onları maraqlandıran suallara cavab verilib.
Həmçinin turistlərdən Naftalanla bağlı təəsüratları və mövcud çatışmazlıqların olub-olmaması soruşulub, səsləndirilən təkliflər dəyərləndirilməsi məqsədi ilə qeydiyyata götürülüb.
Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm müəssisələrində xidmətlərin təkmilləşdirilməsi məqsədilə davamlı olaraq belə görüşlər keçiriləcəkdir, görüşlərin keçirilməsi turist məmnunluğunun artırılmasına xidmət edir.