İcra başçısı səyyar qəbul keçirib
Növbəti səyyar qəbulda ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 № li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə sədri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və sözügedən binaların sakinləri iştirak ediblər.
Səyyar qəbulda şəhər başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi əhalini narahat edən problemləri öyrənmək və operativ qaydada həllinə nail olmaqdır.
Qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən səsləndirilən bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli tapşırıq əsasında aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər sonda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirib, dövlət başçımızın Naftalan şəhərinə göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər