İcra başçısı şəhid övladını ziyarət etdi
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalan şəhərində də şəhid ailələrinə və qazilərə daim xüsusi qayğı göstərilir, onların ailələri diqqətdə saxlanılır.
Vətən müharibəsinin ilk günü erməni vandallarının atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bir ailənin 5 üzvünün həlak olmasına səbəb olmuşdur.
Ailənin sağ qalan yeganə övladı Sadiq Qurbanovun 17 yaşı tamam olub. Həmçinin qeyd edək ki, Sadiq Qurbanov bu il Dağıstan Respublikasının Sosial Pedaqoji institutunun bədən tərbiyəsi fakültəsinə qəbul olub. Sadiq hər zaman idman sahəsində yeniyetmələr arasında yarışlarda qazandığı uğur və nailiyyətlərə görə medal və diplomlarla təltif olunubdur.
ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri, Sadiq Qurbanovu ad günü və tələbə adı qazanmağı münasibəti ilə ziyarət edib, təbrik edərək, gələcək həyatında uğurlar arzulayıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.