İcra başçısı şəhid ailəsi ilə görüşdü
16 may 2024 | 14:57
Naftalan şəhərində də ölkəmizin hər yerində olduğu kimi şəhid ailələri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən müharibəsinin ilk mülki şəhidləri Qurbanovlar ailəsinin üzvləri Nadir Qurbanovu və Təranə Qurbanovanı qəbul edib.
Şəhər rəhbəri şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, müraciətlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhidlərin ailə üzvləri onlara daim göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.