Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Şəhid ailələrini ziyarət edib

12 mart 2024 | 14:37

Naftalan ŞİH-nin başçısı, şəhər polis şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri və digər məsul əməkdaşlar Novruz bayramı münasibətilə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisindən olan Şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb. ŞİH tərəfindən ailələrə bayram sovqatı təqdim edilib.

Şəhid ailələri dövlətimiz tərəfindən diqqətlə əhatə olunduqları üçün minnətdarlıqlarını ifadə ediblər.   

Keçidlər