Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Şəhid ailələri və qazilərlə görüşüb

04 oktyabr 2022 | 14:56

Naftalan ŞİH başçısı Vüqar Novruzov növbəti dəfə şəhid ailələri və qazilərlə  Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun evində görüşüb.

Vətən müharibəsi zamanı ölkə Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın  birliyindən, azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açan İcra Hakimiyyətinin başçısı  adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Vətən uğrunda canından keçən Şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə şəfa diləyib.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı Milli Qəhrəmanın həyat yoldaşı Rübabə Aslanova ölkə rəhbərliyi tərəfindən Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq öz dərin minnətdarlığını ifadə edib. Həmçinin Şəhid ailələrinə yerlərdə göstərilən yüksək ehtiramdan söhbət açıb. Şəhər rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qəhrəmanın ocağına toplaşmağın Şəhid ailələrinə olan yüksək hörmət və ehtiramın bariz  nümunəsi olduğunu vurğulayıb.Bütün Şəhid ailələri kimi  hər zaman ona və övladlarına göstərilən qayğıdan danışaraq razılığını ifadə edib.

Çıxış edən digər natiqlər belə xoş ənənənin mütəmadi olaraq davam etdirilməsini onlara göstərilən mənəvi dəstək, qayğı olduğunu vurğulayaraq dəstək və diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə birlikdə şam edib.

Sonda ŞİH tərəfindən Şəhid ailələrinə və qazilərə xatirə hədiyyələri təqdim olunub. 

Keçidlər