Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sahibkarlarla görüş keçirib

30 dekabr 2022 | 14:09

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüşdə sahibkarlarla yanaşı ŞİHB-nin müavinləri, inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

Görüşü giriş sözü ilə açan icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Həmçinin ölkəmizin sağlamlıq turizminin mərkəzi hesab olunan və dünyada loğman şəhər kimi tanınan Naftalanda son illər həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını bildirərərək ölkə rəhbərliyinə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

İcra Hakimiyyətinin başçısı sahibkarlara bu görüşdə fəal iştirak edərək səmərəli təkliflər verdiklərinə görə minnətdarlığını bildirmiş, Naftalanın iqtisadi inkişafında onlara uğurlar arzulamışdır. Burada qaldırılan hər bir təklifin ətraflı araşdırılacağını sahibkarların diqqətinə çatdırmışdır.

Keçidlər