Şəhər İcra Hakimiyyətinin başçısı parklara baxış keçirib
07 oktyabr 2026 | 12:09
Şəhərə gələn yerli və xarici turistlərin sayının ildən ilə artmasını nəzərə alaraq turist məmnunluğunu təmin etmək üçün Naftalanda mütəmadi tədbirlər həyata keçirlir.
Görülən işlər çərçivəsində şəhərin təmizliyi və yaşıllıqlar xüsusi diqqətdə saxlanılır.
Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhər ərazisində yerləşən parklara baxış keçirib. İcra başçısı parklarda abadlıq işlərinin aparılması, yaşıllıqların artırılması ilə əlaqədar aidiyyatı şəxslərə tapşırıqlar verib.















