İcra başçısı Milli Qəhrəman Samid İmanovun atası ilə görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Neftçala rayon sakini, Aprel döyüşləri iştirakçısı-Şəhid, Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanovla görüşüb.
Görüş zamanı şəhər rəhbəri Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu vurğulayıb. Qeyd edilib ki, Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyuldu və bütün Şəhidlərimizin qisası alındı.
Həmçinin Gülağa müəllimin “Qashaltı Health Hotel Naftalan”da müalicəsi ilə maraqlanıb.
Səmimi söhbət zamanı Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq hisslərini ifadə edib. Eyni zamanda Naftalanda olduğu müddətdə ona yaradılan şəraitə, göstərilən xoş münasibətə və eləcə də onun istəyinə uyğun olaraq həyat yoldaşının da onunla birlikdə müalicə almasına Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən dəstək göstərildiyinə görə razılığını bildirib.
Qeyd etmək istərdik ki, mayor Samid İmanov 2016-cı ildə aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" və "Qızıl Ulduz" medalı ilə təltif olunub.