İcra başçısı iki Şəhid atasını ziyarət edib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan iki Şəhid atası Dilqəm Bayramovu ziyarət edərək onun səhhəti və ona xəstaxanada yaradılan şəraitlə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, ilkin tibbi yardım göstərildikdən sonra stasionar yardıma qəbul edilib və lazım olan bütün müayinələrdən keçirilib.
Qeyd edək ki, Bayramov Dilqəm Abuzər oğlunun övladı Mehman Bayramov 1992-ci il Qarabağ döyüşlərində şəhid olub. Evin son beşiyi mayor Vaqif Bayramov 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Vaqif Bayramov ölkə Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.