Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı iki şəhid anasını ziyarət edib

27 iyul 2023 | 12:03

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ŞPŞ-nin rəisi Zaur Bədəlov ilə birgə şəhid Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynab Bayramovanı evində ziyarət ediblər.

Görüş zamanı şəhər rəhbəri torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının qayğıları ilə maraqlanıb.

Zeynab xanım övladları haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib, şəhər rəhbərinə hər dəfə onu ziyarət etdiyi üçün təşəkkür edib.

Görüş zamanı şəhid anasının qayğı və problemləri ilə maraqlanılıb.

Vurğulayaq ki, Mehman Bayramov birinci Qarabağ müharibəsində, mayor Vaqif Bayramov isə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Keçidlər