İcra başçısı “Gold Naftalan” müalicə mərkəzində olub
Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin diqqət mərkəzində olan nadir kurort şəhərlərindən birinə çevrilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları şəhərdə fəaliyyət göstərən ”Gold Naftalan” müalicə mərkəzində olublar.
İcra başçısı mərkəzdə müalicə alıb istirahət edən yerli və xarici turistlərlə görüşüb. Səmimi söhbət zamanı turistlər şəhərin küçə və prospektlərində, parklarında yaradılan səliqə-sahman və təmizliyin yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər. Həmçinin, Rusiyadan, Hindistandan və Tacikistandan olan xarici turistlər mərkəzin tibbi heyətindən və gülərüz personalından məmnun olduqlarını bildiriblər.