İcra Başçısı Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin yeni rəisi ilə görüşüb
23 may 2025 | 14:24
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş Nail Məmmədov ilə görüşüb.
Görüş zamanı Naftalan şəhərində mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub, yeni təyinatı münasibətilə N.Məmmədovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.