“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ŞİHB-nın müavini, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, Bələdiyyə sədrləri, İcra nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyaya baxış keçiriblər.
ŞİHB-nın müavini, Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır, əbədiyaşar liderin miras qoyduğu zəngin və çox şaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcəkdir.
Digər çıxış edənlər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəlilədiyini və yeni-yeni uğurlara imza atdığını, dövlətimizin qüdrətini bütün dünyaya bəyan edildiyini qeyd ediblər.
Tədbir “Heydər Əliyev İli” çərçivəsində keçirilib.