Şriftin ölçüsü :

Saytın rəngi :

“Humanizm və mərhəmət ünvanı” mövzusunda tədbir keçirilib

23 avqust 2024 | 14:31

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizmə söykənən ali məramlı  fəaliyyəti ilə milli maraqlarımıza xidmət edir.

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi  ilə “Humanizm və mərhəmət ünvanı” mövzusunda tədbir keçirilib.

Təbirdə ŞİHB-nın məsul əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, Şəhid ailələri, həkimlər,  ziyalılar və gənclər iştirak edib.

Çıxış edənlər Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın milli mədəni irsimizin qorunmasındakı tarixi fəaliyyətindən, humanizm prinsiplərinə arxalanan müstəsna xidmətlərindən, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, islam mədəni irsinin təbliği, qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə göstərdiyi böyük dəstəyindən bəhs ediblər. Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi əvəzsiz xidmətlərdən geniş söhbət açılıb.

Bütöv Azərbaycanı xalqımıza bəxş edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyat yoldaşı, ən yaxın silahdaşı olaraq Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərdən, imtiyazlı ailələrə göstərdiyi  diqqət və qayğıdan bəhs edilib, minnətdarlıq ifadə edilib.

Sonda “Birinci xanım" sənədli filmi nümayiş olunub.

Keçidlər