Hotel və Müalicə Mərkəzlərində növbəti sorğu keçirilib
Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.
Üç dildə-azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.
Şəhərdə istirahət edən və müalicə alan 80-ə yaxın turist sorğuda iştirak etmişdir ki, onlardan 45% yerli, 55% isə xarici turistlər təşkil etmişdir. Xarici turistlər arasında hazırda Qazaxıstandan olan turistlər 33% üstünlük təşkil edib, Rusiya 19%, Özbəkistan 12%, digər avropa və baltikyanı ölkələr isə 36% təşkil edib.
İştirak edən respondentlərin 82% -50 yaş üzəri olanlardır. Turistlərin 68% - Naftalana ilk dəfə, 32% isə ikinci dəfə və daha çox gələnlərdir.
Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 49%, qiymət - 36%, mövsümi endirimləri 10%, digər 5% isə qeyd edənlərdir.
Pasiyentlərin 49% - dayaq-hərəkət, 29% - revmatik, 13% isə dəri, 4% uroloji və digər xəstəliklərdən əziyyət çəkənlər 13%.
Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər - 76%, 1-7 gün - 21%, digər 3% isə 15 gündən artıq qeyd ediblər.
Xidmətlərin ödənişini 60% nəğd, 40% isə kartla həyata keçirildiyini vurğulayıblar.
Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə razıyam deyənlər 90% təşkil etmişdir.
Bu gün Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 91% turist əla və yaxşı olaraq qiymətləndirmiş, digər 9% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd etmişlər.
Turizmin inkişafına mane olan nədir sualını: əyləncə və alış-veriş mərkəzinin olmaması - 48%, nəqliyyat vasitələrinin əlçatanlığı - 4%, ixtisaslı kadrların çatışmamazlığı 5%, digər 43% təşkil edib.
Xarici turistlərin 88% Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından, 12 % isə Gəncə Beynəlxalq Hava limanından gəliblər.
Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 98% təşkil edir, digər 2% müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildiriblər.
Sorğuda iştirak edənlər parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasından 95% əla və yaxşı bəndlərini qeyd ediblər. Həmçinin, turistlərin 32% “Visit Naftalan” mobil tətbiqi barədə xəbərdar olduqlarını qeyd ediblər.
Turistlərin istəkləri rus və ingilis dilini bilən mütəxəssislərin daha çox olması, idman zallarında məşqçilərin və səhər gimnastikalarının olmaması, ingilis dilində məlumatın az olması, bəzi hotellərdə hovuzların, ticarət mərkəzlərinin mövcud olmadığını bildirmişlər.
Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcəkdir.